Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə start verilir.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, iki həftə davam edəcək təlimləri Avstraliyanın Sidney şəhəri, Macquarie Universitetinin müəllimi, professor Əli Əkbər Rəsuli aparacaq.
Təlimlərə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geofizika və Geologiya institutları, Respublika Seysmoloji Xidməti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti cəlb olunub.