Naxçıvan Qarnizonu məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTOLAR

A- A A+

Naxçıvan Qarnizonu tam orta məktəbində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə çıxış edənlər ötən tədris ilində məktəbin 21 məzunundan 19 nəfərinin ali təhsil müəssisələrinə, 2 nəfərin isə orta ixtisas təhsili müəssisələrinə daxil olduğunu bildiriblər. Qeyd olunub ki, məzunlardan 5 nəfəri daha yüksək nəticə göstərib. Muxtar respublikada müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, Naxçıvan Qarnizonu tam orta məktəbində dərs deyən müəllimlərdən 3 nəfəri Azərbaycan Respublikasının, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı, 1 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Çıxışların ardından təhsildə fərqlənən müəllimlərə fəxri fərman və hədiyyə verilib.

Sonda şagirdlər müəllimlərini mahnı və şeir nümunələri ilə təbrik ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: