Batabat Astrofizika Rəsədxanasında tələbələr üçün seminar təşkil edilib - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Dövlət Universitetinin Fizika ixtisasının I və II kurs tələbələrinin iştirakı ilə “Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev seminarın keçirilməsinin aktuallığı barədə məlumat verib.  Qeyd olunub ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamın imzalayıb. Sərəncamdan irəli gələn əsas vəzifələrdən biri Naxçıvan Muxtar Respublika ərazisindəki Ali məktəb tələbələri ilə birlikdə müxtəlif elmi-kütləvi tədbirlərin təşkil edilməsi, hamiliyə götürülmüş tələbələrin elmə maraqlarının artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsidir.

Rəsədxana əməkdaşları həm fizika, həm də astronomiyanın ən maraqlı və aktual mövzuları haqqında video-materiallardan istifadə etməklə seminar iştirakçılarına ətraflı məlumat veriblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: