NUHÇIXAN xəbər verir ki, Nəbatət bağında muxtar respublika gənclərinin iştirakı ilə “Ətraf mühiti necə qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbir 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə təşkil edilib.
Tədbirdə bildirilib ki, muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir.
Bu gün muxtar respublikada yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Son illər meşələrin qorunması ilə bərabər, yeni yaşıllıqların, meyvə bağlarının salınması istiqamətində də mühüm işlər görülür.
Tədbirdə slaydlar vasitəsilə muxtar respublikada yayılan bitki və heyvanat aləmi haqqında da gənclərə geniş məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb.
Sonda gənclərə Nəbatət bağı haqqında məlumat verilib.
Novruz Məmmədov
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.