Həkimlərin sertifikasiyası davam edir

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam edir.

Oktyabrın 8-də keçirilən ilk mərhələdə cərrah, terapevt, pediatr oftalmoloq, şüa diaqnostikası və Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin həkim ekspertləri öz bilik və bacarıqlarını sınayıblar.

İmtahanda  iştirak edən 28 nəfər həkimdən 25-i sertifikasiyadan keçib. Onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə ediblər. Pediatr İlkay Əliyeva və şüa diaqnostikası üzrə həkim Qoçəli Dünyamalıyev yüz faizli nəticəyə nail olub. 3 nəfər isə zəruri həddi keçə bilməyib.

Xatırladırıq ki, sertifikatlaşdırma imtahanları hər beş ildən bir keçirilir. Məqsəd əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının artırılmasından ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: