2019-cu il kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, İsveç Kral Akademiyası 2019-cu il kimya üzrə Nobel mükafatının amerikalı Con B.Qudinafa və onun iki həmkarına - M.Stənli Uittinqemə (Britaniya-Amerika), Akira Yoşinoya (Yaponiya) verildiyini elan edib.

Akademiyanın nümayəndələri bildiriblər ki, builki laureatlar “litium-ion batareyalarının inkişafına görə” bu mükafata layiq görülüblər.

Tədbirdə alimlərin tədqiqatı haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, onların fəaliyyəti nəticəsində yaradılmış texnologiyalar bəşəriyyətə ciddi təsir edib. “Litium-ion batareyaları ilk dəfə 1991-ci ildə bazara daxil olaraq cəmiyyət həyatında inqilaba səbəb olub. Onlar simsiz, qalıcı yanacaqsız bir cəmiyyətin əsasını qoydular və bəşəriyyətə çox böyük fayda verdilər”, - deyə İsveç Kral Elmlər Akademiyasının üzvləri bildiriblər.

Xatırladaq ki, ənənəyə görə, Nobel mükafatları dekabrın 10-da Stokholmda təqdim ediləcək. Laureatlara medal, diplom və məbləği 9 milyon İsveç kronu (təqribən 800 min avro) təşkil edən pul mükafatı veriləcək. Həmin məbləğ laureatlar arasında bölünəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: