AMEA Naxçıvan bölməsində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

A- A A+

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Müsabiqədə iştirak etmək istəyən şəxslər  oktyabrın 10-dan noyabrın 10-dək  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə yaşı 30-dək olan magistr təhsilini başa vurmuş və ya magistraturanın ikinci kursunda təhsil alan şəxslərin iştirakı məqsədəuyğundur. Həqiqi hərbi xidmət keçməmiş şəxslər (qadınlar və səhhəti ilə əlaqədar möhlət hüququ olanlar istisna olmaqla) müsabiqəyə buraxılmır.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gəlməklə müraciət edə bilərlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir.  

Maraqlananlar Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: