AMEA Naxçıvan Bölməsinin 2018-ci ilin biblioqrafik göstəricisi çap olunub.
NUHÇIXAN xəbər verir ki, bölmənin Elmi-təşkilat şöbəsində tərtib edilən biblioqrafiyada qurum əməkdaşlarının ölkəmizdə və xaricdə işıq üzü görən monoqrafiyaları, kitabları, tezisləri, jurnallarda, toplularda, eləcə də dövrü mətbuatda dərc edilən məqalələri, tərcümələri, o cümlədən internet resursları verilib. “Köməkçi göstəricilər” adlı bölmədə əsər başlıqları, müəlliflərin əlifba göstəriciləri yer alıb.
Qeyd edək ki, 2018-ci ildə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 820 elmi əsəri nəşr edilib. Onlardan 23-ü monoqrafiya, 15-i kitab, 4-ü kitabça, 3-ü metodik vəsait, 768-i elmi məqalə, 7-i tezisdir. 498 elmi məqalə beynəlxalq kodlu nüfuzlu jurnallarda çapdan çıxıb.
Biblioqrafik göstəricidə 843 mənbə əksini tapıb. Onlardan 39-u kitab və monoqrafiya, 663-ü məqalədir ki, onun da 162-si xaricdə işıq üzü görüb. Elmi məqalələrdən 48-i impakt faktorlu jurnallarda dərc olunub.