Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının hazırlanması ilə bağlı aparılan işlər tam yekunlaşıb.
NUHÇIXAN xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, Orfoqrafiya Komissiyasının iclasında müzakirəyə çıxarılacaq layihə ictimaiyyətə ilk dəfə təqdim olunan qaydalar layihəsindən fərqlənir:
“Müzakirələr zamanı xeyli yeni fikirlər meydana gəlib. Buna görə də biz yeni təkliflər vermişik. Orfoqrafiya üzrə işçi qrupu bütün ölkə ictimaiyyəti tərəfindən irəli sürülən təklifləri ümumiləşdirib. Ölkənin görkəmli dilçi alimlərindən ibarət Orfoqrafiya Komissiyası da həmin təklifləri dəyərləndirərək qərar qəbul edəcək”.