Monteneqronun populyar nəşrində akademik Ziya Bünyadov haqqında məqalə dərc edilib

A- A A+

Monteneqronun populyar “Avlija” internet nəşrində Azərbaycanın görkəmli xadimləri haqqında materiallar seriyasından növbəti məqalə dərc edilib.

NUHÇIXAN xəbər verir ki, bu günlərdə Monteneqro oxucuları məşhur Azərbaycan alimi, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun həyat və yaradıcılığı ilə tanış edilib (bax: www.avlija.me/portreti/zija-bunjatov-akademik-istoricar-orijentalista).

Məqalə müəllifi alimin tərcümeyi-halını təqdim edir, Ziya Bünyadovun əsas elmi nailiyyətləri, onun Azərbaycan tarixşünaslığına, ermənilərin tarixi saxtalaşdırması barədə faktların ifşa olunmasına töhfəsi barədə söhbət açır. İnternet istifadəçiləri sosial şəbəkələrdə bu məqaləyə fəal istinad edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: