Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli haqqında ingilis, rus, yunan, gürcü, ərəb, fars, türk, italyan, özbək və ispan dillərində məqalə yaradılıb.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, məqalə ərəb, fars, türk, ispan dillərinə “Şəms” Tərcümə Xidmətləri tərəfindən çevrilib. Akademik haqqında azərbaycandilli “Vikipediya”dakı məqalə əsaslı redaktə olunub.
Məqaləni italyan dilinə Məryəm Mehdiyeva, gürcü dilinə isə “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimov çevirib. Özbəkcə “Vikipediya”da məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Vikipediya” könüllüləri metodik laboratoriyası tərəfindən yaradılıb. Ərəb və fars dillərində məqalə isə MEK-in “Vikipediya” Metodik Mərkəzinin könüllüsü, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə elmləri doktoru Ələddin Məlikov tərəfindən yaradılıb. Məqalələrin hazırlanmasında idarəçi Araz Yaqublu yaxından iştirak edib.