NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən muxtar respublikada müəllimlərin dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib.
Müsabiqədə iştirak etmək istəyən şəxslər oktyabrın 18-dən noyabrın 19-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Müsabiqəyə 186 vakant vəzifə çıxarılıb. Hər bir namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edə bilərlər.