“Müstəqilliyimiz əbədidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etməkdən ibarətdir.  

Müsabiqədə muxtar respublikadakı ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 70-dən çox şagird iştirak edib.     

Yaycı kənd 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi  Aysun Nəcəfli I, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Xanım Xudaverdiyeva və Heydər Əliyev adına tam orta məktəbin 10-cu sinif şagirdi Zəhraxanım Heydərova II, Naxçıvan Qarnizonu tam orta məktəbin 9-cu sinif şagirdi Aytac Cəbrayılova, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Məryəm Məmmədli və Sədərək kənd 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Nurtən Vəliyeva III yerlərin qalibi olublar.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: