NUHÇIXAN xəbər verir ki, Naxçıvan Texniki Kollecində dövlət müstəqilliyinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Bildirilib ki, xalqımızın ən böyük sərvəti olan dövlət müstəqilliyimizin əldə edilməsi hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyır. Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra, görkəmli dövlət xadiminin həyata keçirdiyi siyasət ölkəmizdə ictimai-siyasi sabitliyi bərqərar edib, onu inkişaf yoluna çıxarıb
Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Zamanın sınağından uğurla çıxmış Heydər Əliyev siyasəti Naxçıvanda da qətiyyətlə davam etdirilir. Məhz Heydər Əliyev siyasətinə sədaqətin ifadəsidir ki, Naxçıvan Muxtar Respublikası blokadanın çətinliklərini aşıb, böyük tərəqqiyə qovuşub.
Sonda tələbələr vətənpərvərlik mövzusunda şeirlər deyib, gözəl rəqs nümunələri təqdim ediblər.