“Vikipediya”da Milli Qəhrəman Elşad Əhədov haqqında ingilis dilində məqalə yaradılıb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələr yaradılması prosesi uğurla davam edir.

MEK-dən NUHÇIXAN-a bildirilib ki, “Vikipediya”da Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov haqqında ingilis dilində məqalə yaradılıb. Məqalədə Milli qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələr yaradılması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: