Şəfalı meyvə bitkilərindən bəhs edən kitab çapdan çıxıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə Şəfalı meyvə bitkiləri”adlı kitab çap oluub.  Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə töhfə olan kitabın müəllifi AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitunun əməkdaşı Loğman Bayramovdur. Bioresurslar İnstitunun Nəbatat bağında müəllifin çoxillik elmi təcrübələri, praktik fəaliyyəti, uyğun, gündəlik müşahidələri əsasında ərsəyə gələn kitabda meyvə bitkilərinin tarixi, yayılma zonaları, onların ad və sinonimləri, kimyəvi tərkibləri, botaniki və bioloji  xüsusiyyətləri,müalicəvi əhəmiyyəti və digər məsələlər öz əksini tapıb.

Kitab meyvəçilik sahəsində tədqiqat aparan mütəxəssislər, ali və orta ixtisas məktəblərinin tələbələri və bağbanlar üçün faydalı məlumat qaynağıdır.

Qeyd edək ki, son dövrlər muxtar respublikada həyata keçirilən irimiqyaslı islahatlar, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul edilən qərarlar, reallaşan dövlət proqramları meyvələrin  sənaye miqyasında istehsalına imkan yaradır. Buna görə də 2020-ci ilədək muxtar respublikada meyvə istehsalı həcminin 62 min tona çatdırılması nəzərdə tutulub.

Hüseyn Əsgərov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: