Naxçıvan Bölməsində tələbələrə görüş - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının II kurs tələbələri ilə görüş olub.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli çıxış edərək təhsil və elmi müəssisələr arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd edib,hamiliyə götürülən tələbələrin elmə maraqlarının artırılmasında alim və ziyalıların üzərinə düşən vəzifələrdən danışıb.
Görüş çərçivəsində tələbələr bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyində olublar. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri Zeynəb Quliyeva Azərbaycan tarixşünaslığında arxeologiyanın yeri və əhəmiyyətindən danışıb.
Sonda tələbələr muzeyin eksponatları ilə yaxından tanış olublar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncam imzalayıb.