Naxçıvan Dövlət Universitetinin kollektivi Cəmşid Naxçıvanski muzeyində olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Cəmşid Naxçıvanski Muzeyində olublar. Kollektivə məlumat verilib ki, muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları olmaqla 5400-ə yaxın eksponat nümayiş etdirilir. Bunların içərisində Cəmşid Naxçıvanskiyə, Azərbaycan atıcı diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında sərgilənir. Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən bölmədə isə tədqiqat materialları və tarixi sənədlər nümayiş etdirilir.
Səadət Əliyeva