Baş qərargahı ABŞ-da yerləşən Beynəlxalq Əlyazmalar Cəmiyyəti tərəfindən nəşr edilən “Manuscripts” (“Əlyazmalar”) və “News” (“Xəbərlər”) jurnallarının yeni nömrələri Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna təqdim edilib.
İnstitutdan NUHÇIXAN-a bildiriblər ki, dərgilərin bu nömrələrində cəmiyyətin cari ildə gördüyü işlər, əlyazmaların bərpa və konservasiya üsulları, qədim və nadir kitabların orijinallarının daşınması, müxtəlif sərgilərdə təhlükəsiz şəkildə nümayiş olunması texnologiyaları, əski əlyazma kitablarının mühafizə metodları, xüsusilə Vatikan Apostol Kitabxanası kimi məxfi əlyazma arxivlərinə malik müəssisələrdə təhlükəsizliyin təmin olunması məsələləri və s. barədə yazılar dərc edilib.
Xatırladaq ki, Əlyazmalar İnstitutu 2018-ci ildən Beynəlxalq Əlyazmalar Cəmiyyətinə üzv olub.