Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Oktyabrın 28-dən 30-dək Günəş fəallığı çox aşağı səviyyədə olacaq.
2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik (Kp=3, 4), lakin qısa fasilələrlə fəal şəraiti (Kp=4) müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı 10 faizdən aşağı qiymətləndirilir.