Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçiriləcək.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, iclasda elmi müəssisədə 2019-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair müzakirələr aparılacaq.
İclasda institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin, tarix üzrə elmlər doktoru Qasım Hacıyevin beynəlxalq elmi simpoziumlarda iştirakına dair hesabatları dinləniləcək.
İnstitutun Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva “Qafqazşünaslıq” jurnalının veb-saytının istifadəsi ilə bağlı məlumat verəcək.
İclasda yeni nəşr olunmuş “Rusiya Federasiyasının Dağıstan Respublikası: daxili ictimai-siyasi şərait”, “Ermənistan: daxili sosial-iqtisadi və siyasi şərait”, “Gürcüstan: inzibati-ərazi quruluşu, idarəçiliyi və demoqrafiyası” və “Ermənistan İran İslam Respublikasının Qafqaz siyasətində” kitabları haqqında danışılacaq.