NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Ali məktəbdə müasir dərsin pedaqoji təminatı” mövzusunda gənc müəllimlərlə seminar keçirilib. Tədbirdə bildirilib ki, ali məktəblərdə tədrisin keyfiyyəti müəllimin peşəkarlığından çox asılıdır. Hər bir müəllim ixtisasına aid müasir ədəbiyyatların təhlilini, İKT-dən istifadəni, fənlərarası əlaqələri düzgün qurmağı bacarmalı, ixtisasına aid elmi və metodiki ədəbiyyatı daim izləməlidir. Tələbələrlə dərsdənkənar vaxtlarda işləməyi bacarmalıdır.
Seminarda “Ali məktəbdə mühazirə və seminar dərslərinə verilən müasir tələblər”, “Ali məktəb müəlliminin elmi tədqiqat işinin nizamlanması qaydaları”, “Ali məktəb müəlliminin “Xarici dil” hazırlıq səviyyəsinin əhəmiyyəti”, “Ali məktəb müəlliminin metodiki işinin təşkili” adlı mövzular müzakirə olunub.