Tələbələr ədliyyə orqanlarında təcrübə kursu keçiblər - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisasının ikinci kurs tələbələri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyin Penitensiar Xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində, İcra və probasiya şöbəsində, Bələdiyyələrlə iş mərkəzində, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində, Əliabad bələdiyyəsində olublar. İki günlük təcrübə müddətində tələbələr bu qurumların iş fəaliyyəti ilə tanış olub, gündəlik iş prosesində iştirak edib, maraqlandıqları sahələr barədə ətraflı məlumat alıblar.
Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təcrübənin yekunu ilə bağlı nazirlikdə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirinin müavini Emin Səfərov nazirliyin gördüyü işlərlə tələbləri tanış edib.
Ekspert qrupunun rəhbəri Səttar Zamanov “İdeyadan başlanğıca” layihəsi üzrə nazirlikdə yaradılan “İnnovativ layihələrin təşviqi mərkəzi” və ədliyyə orqanlarında “Ədliyyə könüllüləri” proqramından danışıb. Bu proqram çərçivəsində tələbələrlə birgə həyata keçirilən layihələr və “startup.nakhchivan.az” internet portalı haqqında ətraflı məlumat verib.