AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyinin keçirilməsi proqramına uyğun olaraq “NKPİ-nin 90 illik inkişafı: keçmişin təcrübəsindən gələcəyin layihələrinə” kitabı üç dildə (Azərbaycan, rus və ingilis) nəşr edilib. AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxan 762 səhifəlik kitabda institutun böyük və şərəfli tarixinin geniş təhlili verilib. İnstitutun dünya elminə dəyərli töhfələri, SSRİ miqyasında tətbiq olunan işlər haqqında maraqlı tarixi faktlar nəşrdə geniş əksini tapıb.
Böyük Vətən müharibəsində faşizm üzərində qələbədə akademik Yusuf Məmmədəliyev başda olmaqla institutun alim və mühəndislərinin xidmətləri layiqincə təhlil edilib.
Kitab tələbələr, magistrlər, doktorantlar, tədqiqatçılar, elm tarixini araşdıranlar və geniş oxucu kütləsi üçün dəyərli vəsaitdir.