“Axtarışlar” jurnalının növbəti sayında...

A- A A+

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının cari ildə üçüncü nömrəsi işıq üzü görüb.

Bölmənin informasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, “Axtarışlar” jurnalının növbəti sayında “Akademik İsa Həbibbəyli və Naxçıvan ədəbi mühiti”, “Azərbaycan dilinin Naxçıvan dialekt və şivələrində işlənən bir sıra leksik vahidlər haqqında”, “Azərbaycan karikatura sənətinin təşəkkülü, inkişafı və təsir dairəsi”, “Gəmiqaya qayaüstü rəsmlərində ovçuluq motivləri”, “Orta əsrlərin toxuculuq nümunələrində miniatür rəngkarlığından istifadə”, “Azərbaycanın oyma sənətində ornament xüsusiyyətlər”, “Sənətşünas Ələkbər Qasımov” və digər müxtəlif səpkili elmi məqalələr əksini tapıb.

Qeyd edək ki, jurnalda elm və təhsil müəssisələrində çalışan əməkdaşların ədəbiyyat, folklor, dil və sənətşünaslıq sahələrində apardıqları tədqiqatlar yer alır.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: