“Naxçıvan” Universitetində “İsmayıl Şıxlı-100” adlı elmi konfrans

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş “İsmayıl Şıxlı-100” adlı elmi konfrans keçirilib.

Tədbirdə  universitetin tədris və tərbiyə işləri üzrə prorektor Hüseyn Bağırsoylu Xalq yazıçısı İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, onun zəngin bədii yaradıcılığından danışıb.

Sonra universitetin müəllimləri, dosent Əli Həşimli “ İsmayıl Şıxlının ömür və həyat yolu”, dosent İman Cəfərov  “Azərbaycan memuar ədəbiyyatı və İ.Şıxlı yaradıcılığı”,professor Sədaqət Həsənova “ İsmayıl Şıxlı və ədəbi dilimiz”,dosent Qənirə Əsgərova  “ İsmayıl Şıxlının yaradıcılığında antiteza” mövzularında məruzə ilə çıxış ediblər.

Sonda Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığını əks etdirən slayd nümayiş olunub.

Seyfur Hacımuradov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: