Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

NUHÇIXAN-ın məlumatına görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Noyabrın 5-dən 6-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 5 faizdən aşağı qiymətləndirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: