“Azərbaycan dendroflorası” kitabının V cildi nəşr edilib

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun “Azərbaycan dendroflorası” kitabının V cildi çapdan çıxıb.

İnstitutdan NUHÇIXAN-a bildirilib ki, V cilddə yerli və xarici floraya mənsub 15 fəsilə, 36 cins və 156 növ bitkidən bəhs olunur. Onlardan 55,2 faizi təbii, 44,8 faizi mədəni floraya aiddir. Tədqiqat işində Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş ekspedisiyalar zamanı bitkilərin təbii yayılma arealları, növ tərkibi dəqiqləşdirilib, herbari və toxum materialları, həmçinin növlərin taksonomiyası, fəsilə, cins, növlər üzrə təyinedici açarları verilib. APG III-IV sisteminə əsasən qruplaşdırılmış növlərin ümumi yayılma arealları, botaniki təsviri, ekoloji mühit amillərinə münasibəti və tətbiq sahələri göstərilib. Mədəni floramızda istifadə olunan müxtəlif floristik zonalara mənsub introduksiya olunan bitkilər, onların taksonomik tərkibi də araşdırılmaqla nəşrə daxil edilib.

Çoxcildlikdə Azərbaycanın təbii florasında olan bitkilərlə yanaşı, introduksiya edilmiş bitkilərin bioekoloji xüsusiyyətləri və xalq təsərrüfatının müxtəlif sahələrində istifadə perspektivliyi haqqında məlumatlar verilib.

Kitab botaniklər, ekoloqlar, dendroloqlar, ali və orta ixtisas məktəbinin müəllim və tələbələri, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: