“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

205

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə elektron qeydiyyat prosesi davam edir. Bu günədək 78 şagird müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçib.

Təhsil Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən şagirdlər www.sabahinalimleri.edu.az internet səhifəsində onlayn qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqə 2020-ci il fevralın 11-dən 13-dək ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək.

Müsabiqənin təşkilində məqsəd yerli ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir.

Həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək məqsədlər sırasındadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: