Naxçıvanlı şagirdlər fənn olimpiadasında fərqləniblər

A- A A+

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası üzrə keçirilən fənn olimpiadasının rayon (şəhər) mərhələsinə Muxtar Respublikanın tam orta məktəblərindən  561 şagird qatılıb.

Bu mərhələdə 252 şagird növbəti mərhəliyə vəsiqə qazanıb. Aprelin 7-də keçirilən yarımfinal turunda iştirak edən şagirdlərdən 35 nəfəri isə olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanıb.

Olimpiada səkkiz fənn - riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə keçirilir.  Fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələr müvafiq fənn müəllimlərinin, məktəbin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır.

Olimpiadanın final turu  may ayında keçiriləcək.

Vüsal Muradov

NTV Xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: