Naxçıvanda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

A- A A+

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Bayrağımız qürurumuzdur” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova müsabiqənin əhəmiyyətindən danışıb.

Rəsm müsabiqəsində muxtar respublikanın ümumtəhsil məktəblərinin 12-17 yaş qruplarından olan şagirdləri iştirak ediblər. Mövzu üzrə rəsmlər 2 saat müddətinə kağız, karton, kətan üzərində müxtəlif üsullarla çəkilib.

Çəkilən rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun rəyə əsasən bir I yer, iki II yer, üç III yer və 3 həvəsləndirici yer olmaqla, 9 qalib müəyyən edilib. Rəsm müsabiqəsinin qalibləri, eyni zamanda, 17 oktyabr tarixdə müstəqilliyimizin 28-ci ilinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: