Noyabrın 15-də Bakıda “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutundan NUHÇIXAN-a bildirilib ki, konfrans institutun və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Konfransda xarici ölkələrdən dəvət olunan mütəxəssislərin iştirakı ilə məhkəmə sistemi və digər sahələrdə süni intellektin tətbiqində yerli və beynəlxalq təcrübə haqqında çıxışlar olacaq, müzakirələr aparılacaq.