Naxçıvanlı alimlərin əsərləri Beynəlxalq kitab sərgisində  - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, noyabrın 6-dan 10-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Buch Wien 2019” Beynəlxalq kitab sərgisində “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri”, “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit”, “Təbiətin möcüzəsi- su”, “Naxçıvan Muxtar Respublikasının mineral suları”,  “Naxçıvan Muxtar Respublikasının kəhriz və bulaq suları” kitabları nümayiş olunub. AMEA Naxçıvan Bölməsinin alimlərinin bu 5 əsəri aktuallığına və elmi-pedaqoji əhəmiyyətinə görə sərgi təşkilatçılarının diqqətini çəkib.

Qeyd edək ki,  Beynəlxalq Vyana kitab sərgisi “Buch Wien 2019”  Avropada ilin ən böyük kitab tədbirlərindən biridir. Bu sərgidə dünyanın 30-dan çox ölkəsindən 600-ə yaxın sərgi materialı və nəşrlər iştirak edib. Sərgini 1 milyondan çox adam ziyarət edib, tədbir çərçivəsində müasir kitab nəşrinin aktual problemlərinə həsr olunmuş çox sayda dəyirmi masa keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: