“Qafqazşünaslıq” jurnalının veb-saytının təqdimatı olub

A- A A+

İnformasiya Texnologiyaları İnstitunda AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Qafqazşünaslıq” jurnalının rəsmi veb-saytının təqdimat mərasimi keçirilib.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov jcs.az saytında yerləşdirilən xəbərlərin dinamikası və aktuallığı məsələlərindən danışıb. O qeyd edib ki, saytın əsas prioritet vəzifəsi "Qafqazşünaslıq" elmi məcmuəsində dərc olunacaq materialların oxuculara çatdırılması olsa da, Qafqazda baş verən geosiyasi hadisələr də burada öz əksini tapmalıdır. R.Ələkbərov saytda təhlükəsizlik qaydalarına riayət edilməsinin, müəlliflik hüquqlarının qorunmasının, əsas xəbərlərə keçid linklərinin qoyulmasının vacibliyini vurğulayıb.

Saytı təqdim edən elmi işçi Yusif Sadıyev bildirib ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən sayt “Əsas”, “Mövzular”, “Arxiv”, “Etik davranış”, “Elanlar” bölmələrindən ibarətdir. Ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi və xəritə də mövcuddur.

Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova öz çıxışında vurğulayıb ki, jcs.az saytı həm veb-saytların, həm də beynəlxalq onlayn elektron jurnalların tələblərinə cavab verir.

Sonda İnformasiya Texnologiyaları İnstitutunda keçirilmiş treninqlərdə fəal iştirak etdiyinə görə Qafqazşünaslıq İnstitutunun əməkdaşlarına sertifikatlar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: