NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində “Müasir dövrdə gənclərin tərbiyəsində islamın rolu” mövzusunda konfrans keçirilib.
Konfransda universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu Azərbaycanda mövcud olan dini tolerantlıq, multikulturalizm ənənələrinin təbliği sahəsində görülən işlərdən, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, qeyri-islami icmalar olmayan muxtar respublikada da radikal və dini nifrət yayan cərəyanlara, qondarma dini təriqətlərə, zərərli dini ideyalara qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparılır, bu işə gələcəyin dinşünaslarının da cəlb olunması zəruridir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Seyfur Hacımuradov