Turizmçi tələbələr təcrübəyə başlayıblar  - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə IV kurs tələbələri 2019-2020-ci tədris ilinin payız semestrində Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində istehsalat təcrübəsi keçəcəklər. 

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində keçirilən görüşdə bildirilib ki, təcrübə müddətində tələbələrin Heydər Əliyev Muzeyinə ekskursiyası, həmçinin muxtar respublikada fəaliyyət göstərən mehmanxanaların və turoperatorların, eləcə də Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanışlığı təmin ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: