ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

A- A A+

NUHÇIXAN xəbər verir ki, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və Tələbə qəbulu şöbəsinin əməkdaşı Leyla Əliyeva Naxçıvan Dövlət Universitetində olub. Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində keçirilən tədbirdə universitetin rektoru, akademik Saleh Məhərrəmov qonaqlara ali təhsil ocağının elmi potensialı, maddi-texniki bazası və bu ali məktəbdə yerinə yetirilmiş beynəlxalq layihələr haqqında  məlumat verib.

Vurğulanıb ki, aparılan mühazirənin əsas məqsədi magistr təhsil pilləsi haqda tələbələri məlumatlandırmaqdır. Qeyd edilib ki, Diplomatiya və beynəlxalq münasibətlər, Dövlət idarəetməsi, Təhsil üzrə menecment, Biznesin idarə edilməsi adlı magistr proqramları təklif edən universitetdə proqramlar iki illikdir və tədris dili yalnız ingiliscədir. 

Qonaqlar isə təmsil elədikləri ali təhsil ocağı haqqında məlumat veriblər. 

Qarşılıqlı müzakirə şəklində keçirilən mühazirədə tələbələrin sualları cavablandırılıb.

                                                                      Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: