Pakistan UNESKO-nun Təhsil Komissiyasına sədrlik edəcək. NUHÇIXAN Pakistanın PTV dövlət televiziyasına istinadla xəbər verir ki, bu ölkənin Təhsil naziri Şəfqət Mahmud bu mötəbər komissiyanın üzv ölkələrinin nazirlərinin Parisdə keçirilmiş iclasında yekdilliklə sədr seçilib.
UNESKO-nun Təhsil Komissiyasının bu qərarının Pakistan üçün böyük şərəf olduğunu qeyd edən pakistanlı nazir deyib ki, komissiya sədrliyin ona həvalə edilməsi ölkəsinin UNESKO-nun təhsil sahəsində prinsiplərinə və fəaliyyətinə sadiqliyinin əlamətidir.
Bundan bir gün əvvəl Pakistanın BMT yanında daimi nümayəndəsi Xəlil Həşmi Cenevrədə keçirilən Adi Silahlar Konvensiyasının (CCW) illik iclasının sədri seçilib.