AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA–nın müxbir üzvü Rauf Qardaşov “Günəş panelinin günlük optimal istiqaməti”ni təyin edən proqram təminatı (Fortran kodu) işləyib hazırlayıb.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, Günəş panelinin gündəlik optimal istiqamətini təyin edən yeni metod ətraf relyef nəticəsində Günəşin kölgələnməsini nəzərə alan, zamanın istənilən anı və Yer səthinin istənilən nöqtəsi üçün günəş enerjisinin miqdarını hesablayan günəş radiasiyasının riyazi modelinə əsaslanır. Günəş panelinin günlük optimal istiqaməti alınan tənliklər sisteminin analitik həlli olaraq tapılır.
Metod yüksək turizm potensialına malik və “təmiz enerji”nin istifadəsi tələb olunan dağlıq ərazilərdə Günəş panelinin optimal istiqamətinin operativ müəyyənləşdirilməsi və quraşdırılması zamanı faydalıdır.