NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimləri üçün ixtisasartırma kursunun başlanğıc konfransı keçirilib.
Konfransda institutun prorektoru Azad Novruzov qeyd edib ki, hazırkı kurs ibtidai siniflərdə Ana dili fənnindən şagirdlərdə qavrama bacarıqlarının inkişaf etdirilməsi mövzusuna həsr ediləcəkdir. Kursda “Oxu modelləri”, “Oxu təlimində istifadə olunan üsullar”, “Oxuya verilən tələblər”, “Köməkçi oxu metodlarından istifadə və səmərəli oxu strategiyalarının tətbiqi” və digər mövzularda təlimlər keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb.
İnstitutun Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Tamara Baxşəliyevanın “Strategiyalı oxu və onun təşkili” mövzusunda məruzəsi dinlənilib.
Kurs müdavimlərin anket sorğusu ilə öz işinə başlayıb.