Azərbaycan qadını haqqında kitab çap olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında universitetin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasovanın “Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)” adlı kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi-ictimai əhəmiyyətini qeyd edərək Azərbaycanın gender tarixinə, qadın hərəkatına dair yazılmış mükəmməl bir dərs vəsaiti olduğunu diqqətə çatdırıb.

Tarix üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova qeyd edib ki, dərs vəsaiti ilk növbədə müstəqillik dövrü Azərbaycan tarixşünaslığı üçün son dərəcə aktualdır.

Sonda müəllif universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.

                                                           Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: