Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Şərur Rayon Filialında “Robototexnika” sahəsi üzrə kurs fəaliyyətə başlayıb.
Kursun yaradılmasında məqsəd 7-12 yaşlı uşaqlarda robototexnika üzrə ilkin təsəvvürün yaradılması, yeni texnologiyalar sahəsinə marağın artırılması məqsədini daşıyır.
“Robototexnika” kurslarında robotlar, onların dizayn edilməsi, qurulması və idarə olunması metodları, informasiya emalı üçün yaradılan kompüter sistemləri öyrədilir. Bu sahənin öyrənilməsi və inkişafı öz növbəsində yeni texnologiyaların sürətli inkişafına təsir göstərir.
“Robototexnika” həm də uşaqların öz əlləri ilə maraqlı, faydalı bir şey yaratmasının öyrədilməsidir.
Bu sahə ilə məşğul olan uşaqlar dəqiq elmləri daha dərindən öyrənir, mükəmməl yaradıcı yaddaşa malik olurlar. Ümumiyyətlə, robototexnika məşğələləri uşağın hərtərəfli inkişafını təmin edir.
“Şərurun səsi” qəzeti