Könüllülər tərəfindən səyyari dövlət qulluğu xidməti davam etdirilir

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən könüllülərin iştirakı ilə “Səyyari dövlət qulluğu xidməti könüllülüyü” layihəsi çərçivəsində Şərur rayonunda səyyari xidmət göstərilib.

Xidmətin məqsədi müəllimlərin dövlət ümumtəhsil müəssisələrinə işə qəbulu, eləcə də Ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqələrdə qeydiyyatdan keçməkdə çətinlik çəkən vətəndaşlara köməklik göstərməkdir.

Könüllülər vətəndaşlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul edərək düzgünlüyünü yoxladıqdan sonra şəxsi kabinetə yükləyib və qeydiyyatdan keçirməklə müsabiqələrdə iştiraklarını təsdiq ediblər.

Qeyd edək ki, tədbirlərin davamı olaraq səyyari xidmətin növbəti ünvanı  noyabrın 27-də  Şahbuz və 29-da isə Ordubad rayonu olacaq.

                                                          Nurlan Sadiqov

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: