NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “İqtisadi inkişafın Naxçıvan modeli və mühasibat uçotunun regional sistemləri” adlı respublika elmi konfransı keçirilib. Konfransda Mühasibat uçotu və maliyyə kafedrasının müdiri Teymur Abbasov müəssisələrdə uçot siyasətinin qurulması, bu sahədə mövcud beynəlxalq qaydaların və standartların tətbiqi, mühasibat uçotu sahəsində baş vermiş yeniliklər barədə ətraflı məlumat verilib.
Konfrans Mühasibat uçotu, maliyyə və iqtisadi təhlil, Ümumi iqtisadiyyat, Sahə iqtisadiyyatı və xarici ticarət adlı bölmə iclasları ilə davam edib.
Səadət Əliyeva