Qafqazşünaslıq İnstitutunun 2019-cu il üçün elmi-tədqiqat işlərinin müzakirəsi aparılacaq

A- A A+

Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda elmi şuranın növbəti iclası keçiriləcək.

İnstitutdan NUHÇIXAN-a bildirilib ki, iclasda elmi müəssisənin 2019-cu il üçün elmi-tədqiqat işlərinin müzakirəsi aparılacaq.

İclasda institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının Qazaxıstanın paytaxtı Nur-Sultanda “Avrasiya tarixi irsi: tarixin hüdudları – köklərdən müasirliyə” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda iştirakına dair, Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun və şöbənin elmi işçisi Naziyə Məmmədovanın Tbilisidə keçirilmiş “Qafqazın mədəni-sivilizasiya kontekstində Gürcüstan” mövzusunda Qafqazşünasların V Beynəlxalq konqresində iştirakına dair, Qafqaz siyasəti şöbəsinin elmi işçisi Yeganə Baxşıyevanın Avropa Komissiyasının Şərq Tərəfdaşlığı ölkələri üçün “Horizon 2020” proqramına layihə hazırlanması üzrə “Bridge2ERAEAP” adlı təlim proqramında iştirakına dair hesabatları dinləniləcək.

Həmçinin “Qafqazda terror” mövzusunda keçirilmiş respublika elmi konfransının yekunları və cari məsələlərdən danışılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: