Dövlət Mükafatları Komissiyası 2020-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir

A- A A+

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2020-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.

Komissiyadan  NUHÇIXAN-a verilən məlumata görə, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2020-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.

Komissiyanın ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68. Azərbaycan Respublikasının Nazirlər Kabineti.

Əlaqə telefonu: 492-83-29. E-mail: nk@cabm in.gov.az

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: