Tələbələrlə görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” və "Menecment" ixtisaslarında təhsil alan tələbələrə görüş təşkil edilib.

Görüşü Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və "Nəqşicahan Holdinq Şirkətlər Qrupu'' təşkil edib. Tədbirdə Nazirlik əməkdaşlarının “Ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər", “İnzibati xətalar məcəlləsində İqtisadiyyat Nazirliyinə aid maddələrin şərhi” və "Nəqşicahan Holdinq Şirkətlər Qrupunun'' fəaliyyət istiqamətləri, biznesin təşkili" mövzularında çıxışlar dinlənilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda fəal iştirak edən tələbələrə nazirlik əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: