Naxçıvanda bu gün sonuncu sınaq imtahanı keçirilib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün sonuncu sınaq imtahanı keçirib.

DİM-dən NUHÇIXAN-a verilən məlumata görə, imtahan Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbin binasında aparılıb.

İmtahanda iştirak etmək üçün 126  abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı  saat 11:00-da başlayıb və 3 saat davam edib.

İmtahanın aparılması üçün 9 nəzarətçi müəllim və 1 imtahan rəhbəri cəlb olunub.

Bu gün Naxçıvanda eyni zamanda rus bölməsi üzrə ali və orta ixtisas məktəblərinə sənəd verən abituriyentlər üçün ikinci Azərbaycan dili imtahanı keçirilib. Bu imtahanda 5 nəfər iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: