Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun “Birinci Türkoloji Qurultayın Qazaxıstan təmsilçiləri” kitabı çapdan çıxıb.
Kitabın ilk səhifəsində Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) NUHÇIXAN-a bildirilib ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, Beynəlxalq Türk Akademiyası prezidentinin məsləhəti, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidlinin məsul redaktorluğu ilə çap olunan kitabda 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın məqsəd və məramından bəhs edilir. Qurultayda müzakirə edilmiş bir sıra məsələlər, o cümlədən burada iştirak etmiş və sonradan repressiyaya məruz qalmış Qazaxıstan nümayəndələri haqqında avtobioqrafik məlumatlar əks olunub.
Əsərdə türkdilli xalqların, Azərbaycan-qazax ədəbi əlaqələrinin qırılmaz tellərlə bağlı olduğu ifadə edilir. Təqdirəlayiq haldır ki, materiallar həm də rus dilində təqdim olunur.