Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib

A- A A+

Culfa rayonunun Dizə kənd tam orta məktəbinin kitabxanasında böyük filosof şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə kitabxananın müdiri Dilbər Hüseynova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunur və ölkə başçısının digər Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan edilib. Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi fikrin özülünü qoyub, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirib.

Tədbirdə məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Ədalət Əhmədov bildirib ki, Nəsimi poeziyası türk xalqlarının ədəbiyyatında böyük əks-səda doğurub, ürəkləri fəth edərək geniş oxucu kütləsi tərəfindən sevilib. Nəsimi yaradıcılığı oxucuya müdriklik aşılamaqla, onu mənən yüksəldir, göylərə ucaldır.

Tədbirin sonunda məktəbin şagirdləri İmadəddin Nəsiminin qəzəllərini bədii qiraət edib, böyük şairin yaradıcılığına həsr olunmuş sərgiyə baxıblar.


Lamiyə Əhmədli
“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: